06.04.2024 21:18
Oxunub: 7 dəfə

Şamaxıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Şamaxıda qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Saday Manafovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.
Qeytd edək ki, hadisə ötən ilin dekabrında Şamaxı rayonunda qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan sonra S.Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının ayıq davranması ilə intiharın qarşısını alınıb və o, saxlanılaraq istintaqa təhvil verilib.
Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
S.Manafova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Günün Top 10 Xəbəri