17.04.2024 08:36
Oxunub: 3 dəfə

Şagirdlər bu məktəbdə ölümlə üz-üzə: Onların həyatını təhlükəyə atan nədir ? - VİDEO

Masallı rayonu, Ərkivan qəsəbə, Cəfərli Cabbarlı adına 1 nömrəli tam orta məktəbi qəzalı vəziyyətdədir. Məktəb binasında təhsil alan şagirdlər hər an təhlükə ilə üz-üzə qalırlar. Məktəbin nə qapı-pəncərəsi, nə də istilik sistemi var. Döşəmə qırıq-qırıq, kanalizasiya sistemindən isə danışmağa dəyməz. Məktəb binası 1980-ci ildə tikilib və 1981 -ci ildə istifadəyə verilib. Məktəb fəaliyyətə başladığından biri əsaslı təmir olunmayıb.
SonXeber.Biz xəbər verir ki, valideynlər "Apa TV" yə tavandan qopan sement parçalarının bir gün uşaqlarının üzərinə düşməsindən qorxduqlarını deyib.
" Məktəbin həyətini gəzib baxdım. Hər şey keçmişdəki kimidi. İndi hansı dövrdür. Kanalizasiya sistemi ilə maraqlandım. Bu məktəbə ümumiyyətlə həmin sistem çəkilməyib. Narazılığımızı bildirmişik və deyirlər ki, bizim balansımızda deyil. Su çəkilməyib və həyətdə quyu var".
Valideynlərdən vəziləri məktəbdəki vəziyyət ilə əlaqədar uşaqlarının immunitetinin zəiflədiyini bildirib:
"Bu ay iki dənə uşağımı iki ay ərzində müalicə elətdirdim. Uşaqlarımın immuniteti çox zərifdir. Məktəbdəki şəraitdə bu vəziyyətin daha da pisləşməsinə səbəb olur və müalicəni dala çəkir. Uşaqlar evə gəlir və özlərindən qabaq evə tüstü iyi daxil olur".
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri