13.05.2022 23:27
Oxunub: 5 dəfə

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış: Ölən var
Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonundakı Kamxut dağ silsiləsində partlayış baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb.
Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, partlayış nəticəsində yaxınlıqdakı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çoban ölüb.
Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb, belə ki, baza komandanlığı bu barədə əvvəlcədən xəbərdarlıq etməyib./SonXeber.Biz
Ən çox oxunanlar
Üç güləşçimiz Avropa çempionatında medal qazandı


SMS icazə ilə bağlı MÜHÜM AÇIQLAMA


"Fənərbaxça" evdə məğlub oldu


XTQ-nin şəxsi heyəti şəhid komandirin evinə baş çəkdi - Azyaşlı oğluna hərbi salam verdi - VİDEO


Məşhur azərbaycanlı model VƏFAT ETDİ - FOTO


Bakıda başına dəmir düşüb ölən qızın FOTOLARI


Ramiz Hüseynzadənin evindən FOTOLAR


"Doqquz gün öncə..." - Fərda Ramizin ölümündən YAZDI

