19.04.2024 15:45
Oxunub: 7 dəfə

Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı

Rusiyada adam öldürən azərbaycanlı saxlanılıb.
Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb. O, dindirilmək üçün şöbəyə aparılacaq.
O, bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədi ilə törədilmiş qətldə şübhəli bilinir.
Qeyd edək ki, Ş. Abbasov aprelin 17-də Moskvada binanın həyətində avtomobil saxlamaq məsələsinə görə yerli sakini öldürüb.

Günün Top 10 Xəbəri