01.04.2024 14:45
Oxunub: 6 dəfə

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib.
Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdakı göstəricidən 1,6% artıqdır.
Fevralın ortalarından bəri qızıl təxminən 14% bahalaşıb.
Qeyd edək ki, martın 21-də ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ildə dərəcələri azaltmaq niyyətində olduğunu bildirməsindən sonra qızıl qiymətləri son bir ay ərzində beşinci dəfə rekord həddə çatıb./SonXeber.Biz

Günün Top 10 Xəbəri