16.04.2024 16:36
Oxunub: 2 dəfə

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, "Semka" ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.
Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

Günün Top 10 Xəbəri