19.04.2024 16:09
Oxunub: 2 dəfə

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb. Bəs Zaxarova bu açıqlamaları ilə nə demək istəyir?
Mövzu ilə bağlı SonXeber.Biz-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ermənilərin Qarabağa qayıdışı artıq mümkün deyil:
"Çünki Qarabağ ermənilərinin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir. Bu məsələ onsuzda bitib. Rusiya rəsmiləri və Mariya Zaxarova bu məsələni qaldırsada reallıq fərqlidir. Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı bizim əsas hədəfimizdir. Amma bu da çox qısa müddətdə həll olunası məsələ deyil. Biz qərbi azərbaycanlıların öz vətənlərinə qayıdışı o demək deyil ki, ərazi iddiası ilə Ermənistana qarşı çıxış edirik. Doğrudur ora bizim tarixi torpaqlardır. Amma əsas istəyimiz ərazi iddiası deyil. Azərbaycanlıların öz torpaqlarına qayıdışıdır. Bu halda Ermənistan vətəndaşlığı belə qəbul edilə bilər. Ermənilərdə isə proses əksinədir. Qarabağa qayıdıb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Bu da mümkün deyil. Mariya Zaxarova hər dəfə bu məsələyə toxunsa da reallıq fərqlidir".
Sevda Səfərova

Günün Top 10 Xəbəri