16.04.2024 11:18
Oxunub: 9 dəfə

Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA

Bu gün Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində Qazaxın 7 kəndi və Kərkinin qaytarılması vacib məsələlərdən biridir. Bu gün hər kəsi maraqlandıran sual Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacağıdır.
Bununla bağlı SonXeber.Biz-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, bu gün Ermənistan nəzarəti altında olan Qazaxın 7 kəndi və Kərki iki ölkə arasında nə mübahisə, nə də müzakirə mövzusu deyil və olmayacaq da:
"Ermənistan o kəndləri qeyd-şərtsiz Azərbaycana geri qaytarmalıdır. Həmin torpaqların Azərbaycana aid olduğunu Ermənistan rəhbərləri də dəfələrlə qeyd ediblər.Hesab edirəm ki, Qazaxın 7 kəndi və Kərkinin geri qaytarılması vaxt tələb edir. Düzdür, orada yaşayan və hələ də milliyətçilik abu-havasından çıxmayan bir qrup sakinlər prosesə maneə olamağa çalışır. Onlar konfliktə meyillidirlər. Həmin şəxsləri sakitləşdirmək Ermənistan hökumətinin vəzifəsidir. Yaxşı olar ki, Ermənistan rəhbərliyi onlarla danışıqlar aparıb, problemlərini həll etsinlər. Həmin sakinlər Azərbaycan torpaqlarında məskunlaşan zaman bilməliydilər ki, nə vaxtsa oradan çıxmalıdırlar. Bu gün gözlənilən o proses baş verir. Azərbaycanın Qazaxın 7 kəndi və Kərkini geri qaytarmaq üçün kifayyət qədər imkanları var. Azərbaycan Ermənistanın o torpaqları danışıqlar yolu ilə qaytarmasına üstünlük verir. Bu gün Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında həmin 8 kəndin qaytarılmasını vacib şərt kimi qoyur. İnanıram ki, bu məsələ çox çəkməyəcək, tezliklə Qazaxın 7 kəndi və Kərki sülh yolu ilə Azərbaycana geri qaytarılacaq. Qazaxın 7 kəndi və Kərkinin geri qaytarılması 44 günlük Vətən müharibəsi və 1 günlük antıterror əməliyyatı kimi Azərbaycan tarixinə qızıl hərflərlə qeyd ediləcək".

Günün Top 10 Xəbəri