06.06.2023 11:54
Oxunub: 14 dəfə

"Qalatasaray"dan əfsanəsinə çevrilən 12 illik qapıçısı Musleraya yeni iş təklifi

Türkiyənin "Qalatasaray" klubu 12 illik qapıçısı Fernando Musleraya yeni vəzifə vermək istəyir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub uruqvaylı qapıçıya 1 illik müqaviləsi başa çatdıqdan sonra texniki heyətə qoşulmaq təklifi edəcək.
Muslera bu təklifi qəbul etməsə, ölkəsinə qayıdacaq.
Xatırladaq ki, "Qalatasaray"ın əfsanələri sırasına adını yazdıran 12 illik qapıçısı Fernando Muslera 2011-ci ildə "Latsio"dan transfer edilmişdi.

Günün Top 10 Xəbəri