18.04.2024 11:45
Oxunub: 14 dəfə
Polis 21 yaşlı qızı axtarır
Hacıqabulda 21 yaşlı qadın itkin düşüb.
SonXeber.Biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
T. Təhməzovanın əlamətləri belədir: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.
Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.
Günün Top 10 Xəbəri
Yay tətil fəslidir: Bəs Azərbaycanda vətəndaş gəliri ilə istirahətə gedə bilir? -Açıqlama
Dünən, 16:18
5
Acun yeni klub alır
Dünən, 22:36
1
Yaşlı qadın şiddətli küləyin qurbanına çevrilməkdən son anda xilas oldu - ANBAAN VİDEO
Dünən, 19:36
1
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dünən, 19:54
1