22.06.2022 15:18
Oxunub: 2 dəfə

Polad Bülbüloğlu atasının Şuşadakı evində məşq edərkən - VİDEO

Bu gün Şuşada Xalq artisti Bülbülün anadan olmasının 125-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.
SonXeber.Biz xəbər verir ki, Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu münasibətlə Şuşada konsert verəcək.
Bu gün keçiriləcək tədbir üçün P.Bülbüloğlu məşq edib.
Bülbülün Şuşadakı evinin həyətində baş tutan məşqdən videonu aparıcı Emin Musəvi sosial şəbəkə hesabında yayımlayıb.

Ən çox oxunanlar