29.03.2024 10:54
Oxunub: 8 dəfə

Pilot yanaraq can verdi -VİDEO

İngiltərənin Duxford hava limanına enməyə çalışan nümayiş təyyarəsi hava limanının yanındakı sahəyə çırpılıb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində pilot yanaraq dünyasını dəyişib.
Məlum olub ki, təkmühərrikli Cirrus SR22 tipli təyyarə Kembricşirdəki Duxford hava limanına enərkən qəzaya uğrayıb.
Şahid bildirib ki, eniş zamanı pilot təyyarənin idarəetməsini itirib və təyyarə burnundan əkin sahəsinə düşüb.
Kembricşirdəki qəzadan sonra çoxlu yanğınsöndürən maşınlar və təcili yardım xidmətləri qəza yerinə gəlib. Hadisə yerində olan fotoşəkillər təyyarənin tamamilə dağılmış olduğunu göstərir.

Günün Top 10 Xəbəri