17.03.2024 17:18
Oxunub: 19 dəfə

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib.
SonXeber.Biz APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücum cəhdləri ilə bağlı hərbçilərdən davamlı xəbərlər alır. Bütün hücumlar dəf edilib", deyə Kremlin sözçüsü əlavə edib.

Günün Top 10 Xəbəri