28.03.2024 10:54
Oxunub: 7 dəfə

PEGIDA lideri Qurani-Kərimi yerdə sürüdü

Hollandiyada irqçi PEGIDA qrupunun lideri Edvin Vaqensveld Qurani-Kərimə qarşı çirkin hücum həyata keçirib.
SonXeber.Biz xarici çediaya istinadən xəbər verir ki, o, Qurani-Kərimə zəncir taxaraq yerdə sürüyüb.
Hadisə Hollandiyanın Arnhem şəhərində "Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı" (PEGIDA) adlı irqçi qrupun lideri Edvin Vaqensveld tərəfindən həyata keçirilib. PEGIDA qrupunun lideri Edvin Vaqensveld etdiyi çirkin əməldən sonra nəzarətə götürülüb.
PEGIDA qrupunun lideri Edvin Vaqensveld nə vaxt azadlığa buraxılacağını açıqlamayıb.

Günün Top 10 Xəbəri