23.07.2021 10:45
Oxunub: 22 dəfə

"Patı"dan istifadə edən ana və körpəsinin görüntüləri yayıldı - VİDEO

"Nizami" metrostansiyasının yaxınlığında psixotropik maddə istifadəçisi olan ananın görüntüləri yayılıb.
SonXeber.Biz Lent.az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından video paylaşıb.
Kəmalə Ağazadə qeyd edir ki, bu görüntüləri ona 71 nəfər göndərib, amma aidiyyatı qurumlara bu haqda hansısa məlumat verilməsindən xəbərsizdir.
Görüntülərdə metrostansiyanın yaxınlığında yerləşən "Shaurma1" kafesinin ətrafında "patı"dan istifadə edən ana və körpəsi lentə alınıb.
Məsələ ilə bağlı Lent.az -ın sorğusuna cavab verən DİN-dən bildiriblər ki, fakt nəzarətə götürülüb, araşdırma aparılır.

Ən çox oxunanlar