28.03.2024 19:18
Oxunub: 8 dəfə

Paşinyanın babalarının Qarabağın bu bölgəsindən olduğu bilindi...

"Nikol Paşinyanın əcdadları, bilmirsə, ya yaddaşı qısadırsa, ya da keçmişdən imtina edirsə, 20-ci əsrin əvvəllərində artsaxın mardakert(Ağdərə-S.L.) rayonundan gəlib. Bəlkə də buna görədir ki, o, asanlıqla vətənindən, tarixi xatirələrindən əl çəkməyi təklif edir".
Moderator.az xəbər verir ki, bunu "Hraparak" nəşrinə müsahibəsində "erməni soyqırımı" muzey-institutunun keçmiş direktoru, tarixçi Hayk Demoyan söyləyib.
"Paşinyanın özü haqqında əsas məlumatları demoqrafik məlumatlardır. Onun qohumları bir neçə erməni ailəsi ilə birlikdə Tavuş mərzinə köçüblər. Bəlkə də bu hal ona belə qeyri-ciddi, əsassız, gülüş doğuran açıqlamalar vermək hüququ verir. Dediyi sözlərin belə, mənası, eyhamı itib. Niyə təhlükəsizliyinə əsaslanaraq belə bir söz deyir, amma bir-biri ilə uyğun gəlmir? Nədən əcdadımızdan imtina etməliyik?.. Mən belə düşünməyə meylliyəm ki, Paşinyan babasının babasının babasının kim olduğunu bilmir. Bu şəcərə ona yaddır və övladları da eyni uğurla başqa Avropa ölkəsinə köçüb təbliğ edə bilirlər ki, ata-anasının harada doğulduğunu, kökünün haradan gəldiyini və s. xatırlamaq lazım deyil. Etiraf etsin - bir çox tarixçilərə müraciət edə bilərəm... Görək Paşinyan əcdadları artsaxdan olan şəcərəsini təsdiq edir, yoxsa inkar edir?"- deyə erməni tarixçi bildirib.

Günün Top 10 Xəbəri