18.04.2024 18:18
Oxunub: 4 dəfə

Paşinyan "Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi" binanı partlatdı...-VİDEO

Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. Bu barədə Ermənistan mediası video-görüntü yayıb. Qeyd edilib ki, bina uzun zamandır qəzalı və yararsız vəziyyətdə olub.
Sonradan məlum olub ki, həmin bina 1988-1991-ci illərdə erməni millətçilərinin Kremlin fətvasıyla "Qarabağın azad edilməsi ilə bağlı qərarların qəbul edildiyi" bir məkan olub.
"Ermənistanı erməni xalqının ən böyük düşməni idarə edir. Nikol Paşinyan İrəvanda artsaxın azad edilməsi və onun müdafiəsi ilə bağlı qərarların qəbul edildiyi binanı partladıb".
Moderator.az xəbər verir ki, "Hraparak"ın yaydığı məlumata görə, bunu Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, ekspert Edqar Qazaryan öz "Facebook" səhifəsində yazıb.
Erməni ekspert Xankəndində Azərbaycan rəhbərliyinin qondarma "artsax azadlıq müharibəsi və qəhrəmanlıq şücaəti"ni simvolizə edən "artsax azadlıq müharibəsi veteranları ittifaqı"nın binasını sökməsini də xatırladaraq Qarabağda olduğu kimi, bir gün Ermənistandakı bütün erməni monastır və məbədlərinin də söküləcəyini vurğulayıb.

Günün Top 10 Xəbəri