27.03.2024 14:09
Oxunub: 15 dəfə

Özünü binadan atan tələbə intihar edəcəyini "Instagram"da yazıbmış: "İnşallah bu gün dünyada ..."

Türkiyədə son zamanlar əcnəbi tələbələrin çox olduğu və müxtəlif xəstəliklərin tüğyan etdiyi iddiaları ilə gündəmə gələn Karabükdən daha bir intihar xəbəri gəlib.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı gənc özünü binanın 3-cü mərtəbəsindən atıb.
KYK-ya bağlı tələbə yataqxanasında qalan 24 yaşlı B.Y. otaq yoldaşları sahur etmək üçün yeməkxanaya gedərkən binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib.
Gəncin intihar etməzdən əvvəl sosial media hesabında tərcümeyi-halına "İnşallah bu dünyada son günümdür (26.03.2024 01:30)" sözlərini yazdığı görülüb.
Polis hadisə ilə bağlı araşdırma başladıb.

Günün Top 10 Xəbəri