19.09.2023 21:27
Oxunub: 18 dəfə

Ordumuz mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb

"Azərbaycan Ordusu mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb".
SonXeber.Biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
Bununla da bir daha sübut olunur ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.

Günün Top 10 Xəbəri