18.09.2023 23:18
Oxunub: 17 dəfə

"Oppenheimer"dən rekord göstərici

Rejissor Kristofer Nolanın "Oppenheimer" bioqrafik filmi kino tarixində öz janrında ən çox gəlir gətirən film olub.
"Qafqazinfo" "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, ekran işinin kassa gəliri 912,7 milyon dollar təşkil edir.
Daha əvvəlki rekord "Bohemian Rhapsody" filminə məxsus idi (910 milyon dollar).
"Oppenheimer", həmçinin 2023-cü ildə və Kristofer Nolanın karyerasında ən gəlirli üçüncü film olub.

Günün Top 10 Xəbəri