13.10.2021 14:09
Oxunub: 17 dəfə

Operativ Qərargah bu insanların vaksinasiyası ilə bağlı son qərarını verəcək - VİDEO

Milli Məclisin ötən gün keçirilən iclasında hamilə qadın və süd verən anaların vaksinasiyası təklif edilib. Məclis üzvü deyib ki, hamilə qadınların peyvənd olunması əks-təsir yaratmır.
SonXeber.Biz-ın "ARB Xəbər"ə istinadən məlumatına görə, mütəxəssislər ölkədə hamilə qadınların və süd verən anaların vaksin vurdurmalarının tərəfdarıdırlar. Lakin vaksinin hamiləliyin ilk 3 ayından sonra vurulmasının tərəfdarı olduqlarını deyirlər.
Şəhərdə keçirilən sorğu zamanı xanımların hamilə vaxtı vaksin vurdurmağın tərəfdarı olmadıqları üzə çıxıb.
Bundan sonra istər hamilə qadınlar, istərsə də süd verən anaların əks-göstəriş sertifikatı deyil, vaksin pasportu alıb-almayacağı ilə bağlı son qərarı Nazirlər Kabineti verəcək

Ən çox oxunanlar