23.07.2021 14:27
Oxunub: 12 dəfə

Oğuzda 60 nəfər zəhərlənib

Oğuz rayonunda zəhərlənən sakinlər xəstəxanaya müraciət edib.
SonXeber.Biz "report"a istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən bu gün səhərə qədər 60 nəfərə yaxın rayon sakini qusma, mədə-bağırsaq pozulması və hərarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Müraciət edənlərin hamısı Oğuz şəhər ərazisindən olub. Xəstəxanaya yerləşdirilənlərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşən xəstələr evə buraxılıb.
Sakinlər arasında baş verən halsızlığın nədən yaranması hələ ki bəlli deyil. SonXeber.Biz Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 25   Tarix: 23 iyul 2021   Şikayətiniz varsa Whatsapp: 055 3906818Facebookda Paylaş

Foto

Foto

Ən çox oxunanlar