18.09.2023 15:45
Oxunub: 2 dəfə

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.
SonXeber.Biz xəbər verir ki, bunu report-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur.
Azərbaycan XİN başçısının digər görüşlərinə gəldikdə isə A.Hacızadə bildirib ki, bu barədə görüşlər keçirildikcə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistan mətbuatı Nyu-Yorkda C.Bayramov və A.Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb.
Günün Top 10 Xəbəri
Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər


Erməni terroru nəticəsində həlak olan polis serjantı Asim Camalzadə dəfn olunub - YENİLƏNİB


Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO


Yevlaxdakı görüş sabah olacaq


Paşinyan erməni xalqına müraciət edəcək


İki gün sonra nişanı olacaqdı... - Foto


İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib


"Kərimə salam verdim, almadı" - Ağamirzə

