15.04.2024 15:54
Oxunub: 10 dəfə

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? - VİDEO

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Son məlumata görə Brend markalı neftin 1 barelinin qiyməti 90 dollardan baha təklif olunur.
Bəs bu artımlar pensiya və maaşların da yüksəlməsinə səbəb olacaq?
Məsələ ilə bağlı iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov İctimai TV-yə danışıb.
O bildirib ki, bu artımlar kontekstində ölkəyə daxil olan valyutanın həcmində də artım müşahidə olunur.
Həmçinin Vüqar Bayramov qeyd edib ki, maaş və pensiyalarda olan artım 2024-cü ilin dövlət büdcəsinə uyğun şəkildə hazırlanacaq.
Daha ətraflı süjetdə:

BAKU.WS

Günün Top 10 Xəbəri