05.02.2023 13:36
Oxunub: 25 dəfə

Neftçalada yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb
Neftçalada Yeniqışıaq kəndində iki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.
"Jiquli" markalı avtomobillə digər minik maşını toqquşması nəticəsində rayonun Yeniqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü Dadaşov Süleyman Xalid oğlu, onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşova Gülsənəm Hüseynağa qızı, ailənin övladları – 2016-cı il təvəllüdlü Dadaşov Əbəlfəz Süleyman oğlu, 2019-cu il təvəllüdlü Dadaşov Xalid Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Günün Top 10 Xəbəri
Sabirabadda inkassatorun vurduğu qız xəstəxanada öldü


Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb - FOTO


Məşhur TV kanalından işçilərinə "TikTok" qadağası


Yaponiyanın baş naziri Kiyevə gedib - FOTO

