16.04.2024 12:09
Oxunub: 7 dəfə

Nəfəs borusuna yemək düşən 2 yaşlı uşaq vəfat etdi

Nəfəs borusunda yemək qalan 2 yaşlı uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Hadisə saat 18.30 radələrində baş verib. 32 yaşlı ana 2 yaşlı körpəsinə yemək verərkən, uşaq nəfəs almaqda çətinlik çəkməyə başlayıb.
Körpəsinin nəfəssiz olduğunu görən ana sağlamlıq qruplarına xəbər verdi. Hadisə yerinə gələn tibb işçisi nəfəs almadığını müəyyən etdiyi körpəyə ürək masajı etməyə başlayıb. Təcili yardıma çatdırılan kğrpə ürək masajı ilə xəstəxanaya aparılıb. Körpənin həyatınl bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Prokurorluq körpənin meyitinə baxış keçirdikdən sonra ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibb İnstitutuna göndərilib.

Günün Top 10 Xəbəri