18.09.2023 00:00
Oxunub: 14 dəfə

Naxçıvanda səkkiz ay ərzində istehlakçılara qaytarılan ƏDV məbləğinin HƏCMİ
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat ƏDV məbləği geri qaytarılıb.
SonXeber.Biz xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yanvarla müqayisədə avqustda istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.
Bu il sentyabrın 1-nə muxtar respublikada 1 937 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. 8 ay ərzində belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 125 milyon manatdan çox olub.
Günün Top 10 Xəbəri
Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər


Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO


Yevlaxdakı görüş sabah olacaq


Paşinyan erməni xalqına müraciət edəcək


İki gün sonra nişanı olacaqdı... - Foto


İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib


"Kərimə salam verdim, almadı" - Ağamirzə

