31.03.2024 20:54
Oxunub: 11 dəfə

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfər yaralanıb", - nazirliyin rəsmi "Telegram" kanalında dərc olunan bəyanatda bildirilir.
Qəzzanın Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində anklavda 77 nəfər ölüb, daha 108 nəfər yaralanıb.(SonXeber.Biz)

Günün Top 10 Xəbəri