03.04.2024 16:09
Oxunub: 10 dəfə
Müğənnini öldürən ərinə hökm oxundu
Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.
Müttəhim təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib. İttihama görə, 39 yaşlı Anar Həşimov 38 yaşlı həyat yoldaşı Yaqut Həşimovanı birgə yaşadıqları mənzildə bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Yaqut həm də Anarın xalası qızıdır. Onların birgə nikahdan bir övladı var.
Günün Top 10 Xəbəri
Putinin Çinə səfərinin mümkün tarixləri məlum olub
Dünən, 23:36
5
Biznesmenlər arasında DAVA: şəriklərini öldürüb yandırdılar
Dünən, 21:36
5
Acun Ilıcalıya ağır itki üz verdi
Dünən, 23:18
4
"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO
Dünən, 22:18
4
Arda Gülər karyerasında bir ilk yaşayacaq
Dünən, 21:54
2
Arvadı ilə dalaşan kişini meşəyə aparıb qəbir qazdırdı
Dünən, 22:09
2
ŞOK HADİSƏ: Evdən 12 ton zibil çıxarıldı - FOTO
Dünən, 22:36
2