19.09.2023 21:09
Oxunub: 4 dəfə

MN: "Bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribatdır"
"Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır".
SonXeber.Biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
"Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı ve sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir", - A.Eyvazov bildirib.
Günün Top 10 Xəbəri
Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO


Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş...


Ərdoğan Naxçıvan səfərindən danışdı


Ermənidən azərbaycanca etiraf:"Ermənilər millət deyil, azərbaycanlıları çox sevirəm" -VİDEO


Yeni doğulan uşağa Metamfetamin adı verdilər

