22.09.2022 22:09
Oxunub: 5 dəfə

Meqan Markl Britaniya kralı ilə təkbətək görüşərək münasibətlərini aydınlaşdırmaq istəyir

Meqan Markl şahzadə Harri ilə İngiltərəni tərk etməzdən əvvəl yeni kral III Çarlzla şəxsən görüşərək münasibətlərini aydınlaşdırmaq istəyir.
İddiaya görə, 41 yaşlı Sasseks hersoginyası əlahəzrət ilə əri olmadan təklikdə görüşmək istəyir.
Bildirilir ki, Markl II Elizabetin ölümündən sonra övladlarının titullarını III Çarlzla müzakirə etmək niyyətindədir. Lakin Sasseks hersoqları kral ailəsi üzvlüyündən rəsmi olaraq istefa verdikləri üçün Arçi və Lilibet hələ ki, müvafiq titullardan istifadə edə bilmirlər.
Mənbə: gazeta.ru

Ən çox oxunanlar