29.03.2024 11:54
Oxunub: 5 dəfə

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.
Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.
Monitorinqə hazırlıq prosesi zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də şagirdlərin yerdəyişməsi dayandırılacaq.
Qeyd edək ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Günün Top 10 Xəbəri