
Mask yenə sakit durmadı... Məşhur şirkətlər reklamlarını geri çəkir
"Twitter" sosial media platformasını satın alan və adını "X" qoyan İlon Maskın paylaşımları problem yaradıb.
SonXeber.Biz SonXeber.Biz-a istinadən xəbər verir ki, İlon Mask X-də başqa bir istifadəçi tərəfindən paylaşılan "Qərb yəhudi əhalisi öz ölkələrinə axın edən azlıq qoşunlarının onları çox da sevmədiyini" irəli sürülən fikri dəstəklədiyini bildirib.
Mask bu açıqlamanı yenidən paylaşaraq "Əsl həqiqəti söylədin" yazıb. Bu prosesin ardınca İlon Maskı antisemitizmdə ittiham edən dünya nəhəngləri X-dəki reklamlarını geri almaöa başlayıb.
İlon Maska qarşı çıxan şirkətlər, xüsusən də IBM, X-dən reklamlarını geri götürərək, reklamlarında nasist tərəfdarı olduğunu iddia edib: "Bu, tamamilə qəbuledilməzdir. Vəziyyəti nəzərdən keçirənə qədər X-də bütün reklamlarımızı dayandırırıq" deyə şirkət bəyanat verib.
Reklamlarını ləğv edən şirkətlər arasında "Disney", "Warner Bros", "Discovery", "LionsGate"
X-dən reklamlarını geri götürən son nəhəng Apple oldu. "Axios" xəbər saytı "Apple"ın X-də reklamını da dayandırdığını bildirib. Hələlik "Apple"dan məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.
Günün Top 10 Xəbəri











