27.03.2024 11:36
Oxunub: 7 dəfə

Maşını mübahisə etdiyi polis əməkdaşlarının üzərinə sürdü, bir nəfəri vuraraq QAÇDI - VİDEO

Türkiyədə avtomobil sürücüsü maşınnı mübahisə etdiyi yol polislərinin üzərinə sürüb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, bir şəxs əzilməkdən son anda xilas olub.
Belə ki, Diyarbəkirdə mübahisə etdiyi yol polisi əməkdaşlarının üzərinə maşın sürüb. Bu zaman sürücü hadisəyə müdaxilə etmək istəyən şəxsi vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb.
Avtomobilin vurduğu şəxs yerə yıxılaraq əzilməkdən son anda xilas olub. Şübhəlinin istifadə etdiyi avtomobil 1 kilometr sonra tərk edilmiş halda tapılıb.
Hadisə təhlükəsizlik kameralarına düşün. Polis hadisə ilə bağlı araşdırmalara davam edir.

Günün Top 10 Xəbəri