15.04.2024 22:36
Oxunub: 6 dəfə

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək.
Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib.
Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Makqreqorun 35 yaşı var. O, qarışıq döyüş növləri üzrə 22 qələbə qazanıb, altı məğlubiyyət alıb. 2021-ci ilin iyulunda amerikalı Dastin Puare ilə keçirdiyi son döyüşdə Makqreqor ayağını sındırıb./SonXeber.Biz

Günün Top 10 Xəbəri