06.04.2024 19:45
Oxunub: 12 dəfə

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Esmira Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Lənkəran rayonunda baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Günün Top 10 Xəbəri