22.03.2023 12:27
Oxunub: 26 dəfə

Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb

Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb.
"Report" xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsindəki evlərdən birində bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.
İlkin araşdırmalara görə meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olmuş 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.

Günün Top 10 Xəbəri