13.09.2023 20:36
Oxunub: 8 dəfə

Laçında ekskavator tank əleyhinə minaya düşüb

Laçında ekskavator tank əleyhinə minaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı BAKU.WS-ə bildirilib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri