13.04.2024 19:45
Oxunub: 2 dəfə
Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişli rayon Telişli kənd sakini, 70 yaşlı Əliəşrəf Rüstəm oğlu Mövsümov hadisə yerindəcə dünyasını dəyişib, onun sərnişini, 58 yaşlı Arifə İsa qızı Manafova ağır xəsarətlər alıb.
Qəza zamanı həmçinin digər "Mercedes"də olan sərnişin, Ağcabədi rayon sakini, 66 yaşlı Anya Qaraxan qızı Tağıyeva da ağır xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Günün Top 10 Xəbəri
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
Dünən, 21:27
7
Qadın 13 yaşından oğlana təcavüz etdi
Dünən, 21:54
5
Ölümdən sonrakı həyat haqqında MARAQLI FAKTLAR
Dünən, 22:09
5
Zelenski onu da vəzifəsindən azad etdi
Dünən, 22:18
1
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dünən, 22:54
1