18.04.2024 21:09
Oxunub: 3 dəfə

Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin müstəntiqinə qarşı 24 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinərək cinayət işi açılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, şübhəli şəxs korrupsiya sxemində vasitəçi kimi çıxış edib. O, moskvalı vəkildən 3 ödənişlə 24 milyon rubl alıb, sonra naməlum şəxsə təhvil verib. Bildirilir ki, həmin pulla cinayət işinin paytaxt polisinin səlahiyyətinə verilməsi vəkilə vəd olunub.
Faktla bağlı "Rüşvət almada vasitəçilik" maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin mənzilində axtarış aparıblar.
Müstəntiqin özü axtarılır.

Günün Top 10 Xəbəri