27.03.2024 11:27
Oxunub: 7 dəfə

Körpəsini ölümə tərk edən ana 20 il HƏBS oluna bilər

Türkiyədə yeni doğulmuş körpəsini tərk edən ananı 20 həbs cəzası ala bilər.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Diyarbakır rayonunda körpəsini tərk edilmiş binaya qoyan ana haqqında hazırlanan iddianamə qəbul edilib.
Ananı "aşağı nəsildən olan qohumunu qəsdən öldürməyə cəhd" ittihamı ilə 13 ildən 20 ilədək həbs cəzası gözləyir.
Hadisə fevralın 23-də baş verib. Tərk edilmiş binadan körpə səsini eşidilib. Bir müddət səsin gəldiyi binada və bağçada axtarış aparıblar. Axtarış zamanı pilləkənlərlə binanın divarının arasından torbada dəsmala bükülmüş yeni doğulmuş oğlan körpə tapılıb. Körpə qruplara təslim edilərək müalicə olunmaq üçün Diyarbakır uşaq xəstəxanasına aparılıb.

Günün Top 10 Xəbəri