16.04.2024 13:09
Oxunub: 7 dəfə

Kopengahendə tarixi bina yanır - Video

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Yanğın nəticəsində 17-ci əsrə aid binanın qüllə hissəsi uçub. Qüllənin təmirdə olduğu bildirilib.
Sözügedən binada hazırda Danimarkanın ticarət palatasının Baş qərargahı yerləşir.

Günün Top 10 Xəbəri