26.03.2024 22:54
Oxunub: 13 dəfə

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəsi olmayıb.
Daha sonra cinayətkar ekstremal tədbirlərə əl atıb. O, mətbəx bıçağını götürərək dostunu döş qəfəsi də daxil olmaqla 15 bıçaq zərbəsi ilə vurub. Cinayət işi açılıb, müttəhimi on ilədək həbs cəzası gözləyir.

Günün Top 10 Xəbəri