15.04.2024 23:18
Oxunub: 5 dəfə

Keşiş kilsədə xütbə oxuyarkən bıçaqlandı - ANBAAN VİDEO

Avstraliyanın Sidney şəhərinin ətrafındakı kilsələrdən birində silahlı insident baş verib.
BAKU.WS xəbər verir ki, kilsəyə bıçaqla daxil olan gənclərdən biri əvvəlcə keşişə, daha sonra bir neçə kilsə üzvünə hücum edib.
Hadisə Vakeley ştatındakı kilsədə qeydə alınıb. Qurban yepiskop Mari Emmanuel olub.
Qeyd edək ki, iki gün əvvəl Sidneydə terror aktı olub. Bıçaqlı şəxs "Bondi Junction" ticarət mərkəzinə gələnlərə hücum edib. Altı nəfər həyatını itirib.

Günün Top 10 Xəbəri