21.07.2021 21:36
Oxunub: 10 dəfə

Kariesin ölümcül təhlükəsi barədə xəbərdarlıq edilib

Dişdə karies xərçəng də daxil olmaqla, bir sıra ölümcül xəstəliklərə gətirib çıxara bilər.
Lenta.ru-nun məlumatına görə, bu barədə rusiyalı mütəxəssis, Sankt-Peterburqun baş diş həkimi Andrey Yaremenko xəbərdarlıq edib.
Onun sözlərinə görə, inkişaf etmiş karies vəziyyətində infeksiya bədənin hər tərəfinə yayılmağa başladığı üçün immunitet sisteminin bütün gücü bunun üzərinə cəmlənir. Bu vəziyyətdə bədən mütəmadi olaraq ortaya çıxan mutant şiş hüceyrələrinə qarşı (immunitet sistemi adətən onlarla uğurla mübarizə aparır) müdafiəsiz qalır.
Mütəxəssis çürük dişlərin xərçəngdən başqa, bakterial endokarditə, çənə sinuslarının xəstəliklərinə və yumşaq toxumaların irinli iltihabına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib. SonXeber.Biz Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 25   Tarix: 21 iyul 2021   Şikayətiniz varsa Whatsapp: 055 3906818Facebookda Paylaş

Foto

Foto

Ən çox oxunanlar