07.04.2024 13:54
Oxunub: 11 dəfə

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barədə mətbuata məlumat verib. "O, Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovla razılaşdırılmış yekun qərarı elan etdi ki, bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər tempə uyğun olmalıdır", - Dadaev bildirib.
Çeçenistan Mədəniyyət Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar yerli qrupların ifa etdiyi musiqinin "Çeçen mentalitetinə və musiqi ritminə" uyğun olmasını təmin etmək üçün verilib.

Günün Top 10 Xəbəri