16.04.2024 09:27
Oxunub: 5 dəfə

İtkin düşən 10 yaşlı uşaq axtarılır

Bakıda 10 yaşlı uşağın itkin düşməsi ilə bağlı polisə müraciət edilib.
"Qafqazinfo" xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü T.Bəkirov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlunun itkin düşməsini bildirib. O qeyd edib ki, oğlu 2014-cü il təvəllüdlü O.Bəkirov aprelin 12-si saat 11:00 radələrində birgə yaşadıqları evdən naməlum istiqamətə gedərək geri qayıtmayaraq itkin düşüb.
Müraciətlə bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri