16.04.2024 10:45
Oxunub: 6 dəfə

İtən 2 yaşlı uşaq altı saat sonra ölü tapıldı

Türkiyənin Bursa şəhərində ailəsi ilə gəzintiyə çıxan 2 yaşlı uşaq bir müddət sonra yoxa çıxıb
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, 100 nəfərlik bir qrupun səfərbər olduğu axtarış işləri nəticəsində dərə yatağında 2 yaşlı uşağın cansız bədəni tapılıb.
Ailə 2 yaşlı uşaqları ilə birlikdə çayın kənarına piknikə gedib. Ata və ana nahar hazırlayarkən azyaşlı ailəsindən uzaqlaşaraq gözdən itib. Ailə 4 saat ərzində uşağı hər yerdə axtarıb. Daha sonra polisə xəbər verib. Jandarma qruplarına məlumat verildikdən sonra hadisə yerinə axtarış-xilasetmə qrupları sövq edilib.
2 saatlıq iş nəticəsində uşağın cansız bədəni polis dalğıc qrupları tərəfindən 500 metr aralıda dərə yatağında tapılıb. Körpənin cəsədi prokurorluq tərəfindən müayinə olunduqdan sonra morqa aparılıb.

Günün Top 10 Xəbəri