25.09.2022 22:54
Oxunub: 10 dəfə

İsrail Rusiya ilə əlaqələri kəssin... - Yermak

İsrail aydın mövqe tutmalı və Ukraynaya qarşı amansız müharibəyə başlayan Rusiya ilə əlaqələri kəsməlidir.
SonXeber.Biz Axar.az-a istinadla xəbər verir ki, bunu Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
Yermak İsrailə müraciət edərək bildirib ki, Ukrayna xalqı yəhudi xalqı kimi özünü terrorçulardan qorumağa çalışır.
"İsrail və Ukrayna eyni müharibəni aparır - bütöv bir xalqı məhv etmək istəyən terrorçulara qarşı müharibə. Çətin sınaq saatlarında bizim yükümüzü bölüşməyə qadir və hazır olan sadiq müttəfiqlərə ehtiyacı var, çünki onlar Ukraynanın əsl dəyərini bilirlər", - Yermak bildirib.

Ən çox oxunanlar