14.04.2024 00:54
Oxunub: 11 dəfə

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb.

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib.
"Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxılan pilotsuz təyyarələrin hazırda İraq ərazisini keçməsi səbəbindən Bağdad Beynəlxalq Hava Limanı üzərində hava məkanının bağlandığını bildirib.

Günün Top 10 Xəbəri